Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-57/2025 03.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2024cü il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan mənzilin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2024cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil iddiaçı X2 təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 manat məbləğində dəymiş maddi ziyan Borclu və X3 müştərək qaydada tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan ünvan 2 ünvanında yerləşən mənzilin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ilkin iddia üzrə iddiaçı X4 ilkin iddia üzrə cavabdeh X2 qarşı “müqavilənin etibarsız hesab edilməməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehler Borclu, X7 qarşı “mənzilin boşaldılması, mənzildən çıxarma, mənzilin təhvil verilməsi və mənzil təhvil verilənədək aylıq dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil qarşılıqlı iddia üzrə cavabdehlər Borclu və X8 tərəfindən öz vəsaitləri hesabına boşaldılması, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzil iddiaçı X2 təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil iddiaçı X2 təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyan qarşılıqlı iddia üzrə cavabdehler Borclu və X3 müştərək qaydada tutularaq X2 ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, Borclu icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3535/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 25 nömrəli mənzil iddiaçı X2 təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 manat məbləğində dəymiş maddi ziyan Borclu və X3 müştərək qaydada tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına ünvan 2 ünvanında yerləşən mənzil qeydiyyata alınmışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək icra işini və təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göründüyü kimi borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyula bilər, hazırkı təqdimatda isə borclunun ödəməli olduğu məbləğə mütənasib əmlakının olub-olmadığının aydınlaşdırıldığı göstərilməmiş, bunu təsdiq edən sübutlar təqdimata əlavə edilməmiş, yüksək olmayan borc məbləğinə görə dəyəri yüksən olan mənzilin üzərinə həbs qoyulması xahişinin zəruriliyi izah olunmamışdır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi sübuta yetməmişdir. Bundan başqa, əmlak üzərinə həbs qoyulması həmin əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasını da özündə əks etdirdiyindən hazırki iş üzrə mənzilin üzərinə həbs qoyulması mülkiyyətçinin öz mülkiyyətində olan mənzildən istifadə etməsinin də qadağan edilməsini özündə ehtiva etməkdədir. Buna görə də məhkəmə hesab edir ki, Borclu adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilin üzərində sərəncam vermək hüququ (mənzilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən mənzilin üzərində sərəncam vermək hüququ (mənzilin özgəninkiləşdirilməsi) Borclu qadağan edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-57/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-57/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver