Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-6/2023 26.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 2(055)-1677/2020 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 2(055)-1677/2020 saylı icra sənədinə əsasən Borclu 4349.98 manat əsas borc, 399.52 manat faiz borcu, 100 manat məbləğində dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4879.50 manat alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi X4 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 2(055)- 1677/2020 saylı icra sənədinə əsasən Borclu 4349.98 manat əsas borc, 399.52 manat faiz borcu, 100 manat məbləğində dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4879.50 manat alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 18 yanvar 2021-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülmüş, lakin müsbət nəticə əldə edilməmişdir. İcra sənədi üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkara ödənilmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 2(055)-1677/2020 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonunun Qara Nuru kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №8(055)-6/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-6/2023
26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver