Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-66/2024 13.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(056)-1504/2019 saylı icra sənədinə əsasən Borclu 25 noyabr 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Bundan başqa, Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(056)- 1926/2023 saylı icra sənədinə əsasən 09 sentyabr 2022-ci il tarixdə anadan olmuş Mirzəyev ilham İlqar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(056)- 1504/2019 saylı icra sənədinə əsasən Borclu 25 noyabr 2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Bundan başqa, Sabirabad Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 2(056)-1926/2023 saylı icra sənədinə əsasən 09 sentyabr 2022-ci il tarixdə anadan olmuş Mirzəyev ilham İlqar oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməlidir. Həmin icra sənədləri 25 oktyabr 2023-cü il tarixdə və 18 dekabr 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə borcluya bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə əlaqədar bildirişləri almasına baxmayaraq icra sənədləri üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də Sabirabad Rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(056)-1504/2019 saylı və 11 oktyabr 2023-cü il tarixli 2(056)-1926/2023 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Sabirabad Rayon Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(056)-1504/2019 saylı və 11 oktyabr 2023-cü il tarixli 2(056)-1926/2023 saylı icra sənədlərinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzrlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(056)-1504/2019 saylı və 11 oktyabr 2023-cü il tarixli 2(056)-1926/2023 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxxxxx 1993-cü il təvəllüdlü Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx xxxxxxx 1993-cü il təvəllüdlü Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-66/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-66/2024
13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver