Məhkəmə qərarları › İş №8(055)-68/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-68/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-68/2024 13.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)- 2532/2023 saylı icra sənədinə əsasən Borclu 27 mart 2016-cı il təvəllüdlü X7 və 25 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatını onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı icra sənədinə əsasən Borclu 27 mart 2016-cı il təvəllüdlü X7 və 25 noyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədi 29 fevral 2024-cü il tarixində Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə borcluya bildiriş göndərilmişdir. Lakin Borclu icra sənədi üzrə müəyyən edilmiş tələbi icra etməmiş və həmçinin də icra məmurunun çağırışlarına gəlməmişdir. Ona görə də Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin təqdimatını və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzrlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(007)-2532/2023 saylı icra sənədi sənədinin icrasını təmin etmək məqsədi ilə Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1985-ci il təvəllüdlü Ağayev X5 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı rayonu Sarıcalar kəndində qeydiyyatda olan və yaşayan xx xxxxxx 1985-ci il təvəllüdlü Ağayev X5 Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar