Məhkəmə qərarları › İş №8(055)-68/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-68/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-68/2025 18.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Ərizəçinin nümayəndəsi (qardaşı) X5 iştirakı ilə, X1 Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 saylı qətnaməsi ilə iddiaçı Borclu cavabdeh X6 ilə birgə nikahlarından 15 sentyabr 2021-ci il tarixdə doğulmuş Uğur adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək və uşağın doğum günü (hər il sentyabr ayının 15-i) saat 12:00-dan saat 17:00-dək təmin edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 nömrəli qətnaməsində 15 sentyabr 2021-ci il tarixdə doğulmuş Uğur adlı uşağın harda, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olmasının göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X8 ərizəsinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 saylı qətnaməsi ilə iddiaçı Borclu cavabdeh X6 ilə birgə nikahlarından 15 sentyabr 2021-ci il tarixdə doğulmuş Uğur adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ hər həftənin bazar günü saat 12:00-dan saat 17:00-dək və uşağın doğum günü (hər il sentyabr ayının 15-i) saat 12:00-dan saat 17:00-dək təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 12.1-ci bəndində göstərilir ki, uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə hətvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məlumat üçün bildirir ki, yuxarıda qeyd edilən qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməmişdir. Bu hal da iddiaçı ilə onun arasında mübahisənin yaranmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 ərizənin təmin olunmasını xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında dəyişiklik edilmiş və 12.1-ci bənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarının 12.1-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş icra üsulu və qaydası dəyişdirilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün 15 sentyabr 2021-ci il tarixdə doğulmuş Uğur adlı uşaq onun yaşayış yeri üzrə Saatlı rayonu Qırağlı kəndində hər həftənin bazar günü və uşağın doğum günü (hər il sentyabr ayının 15-i) saat 12:00-da cavabdeh X6 tərəfindən iddiaçı Borclu, həmin gün saat 17:00-da isə eyni ünvanda iddiaçı Borclu tərəfindən cavabdeh X4 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(055)-219/2024 saylı qətnaməsinə əsasən müəyyən olunmuş icra üsulu və qaydası dəyişdirilsin, ünsiyyət hüququnun təmin edilməsi üçün 15 sentyabr 2021-ci il tarixdə doğulmuş Uğur adlı uşaq onun yaşayış yeri üzrə Saatlı rayonu Qırağlı kəndində hər həftənin bazar günü və uşağın doğum günü (hər il sentyabr ayının 15-i) saat 12:00-da cavabdeh X6 tərəfindən iddiaçı Borclu, həmin gün saat 17:00-da isə eyni ünvanda iddiaçı Borclu tərəfindən cavabdeh X4 təhvil verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar