Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-70/2025 18.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Borclu iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-503/2023 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-503/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 təqdimatın dəlillərinə uyğun izahat verərək göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-503/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü Kamran və xx.xx.2013-cü il təvəllüdlü Mələk adlı iki nəfər uşağın yetkinlik yaşına çatna kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədi üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkara ödənilmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı Borclu izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-503/2023 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü Kamran və xx.xx.2013-cü il təvəllüdlü Mələk adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Qazandığı pul kifayət etmədiyi üçün aliment borcunu tam ödəyə bilmir. İşləmək üçün Rusiya Federasiyasına gedəcəkdir. Orada işləyib aliment borcunu ödəyəcəkdir. Odur ki, təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(055)-503/2023 saylı icra sənədini icra etməmiş və hazırda 2270 manat aliment borcu vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-70/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-70/2025
18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver