Məhkəmə qərarları › İş №8(055)-71/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-71/2025

18.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-71/2025 18.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-1311/2024 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-1311/2024 saylı icra sənədinə əsasən cavabdeh X4 3173.30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-1311/2024 saylı icra sənədinə əsasən cavabdeh X1 2609,44 manat əsas borc, 456,35 manat faiz borcu, 56,28 manat cərimə borcu olmaqla, cəmi 3122,07 manat pul alınıb iddiaçı "xxxx" ASC-ə ödənilməlidir. Həmin icra sənədi müvafiq olaraq xx.xx.2025-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədləri üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkarlara ödənilmədiyindən icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş edilmişdir. Borclu və Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu və Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, borclu İmanov X6 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-1311/2024 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonu, Soltanabad kəndində qeydiyyatda olan və yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar