Məhkəmə qərarları › İş №8(055)-72/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-72/2023

28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-72/2023 28.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(055)-1000/2022 saylı qətnaməsi üzrə verilmiş 29 noyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(055)-1000/2022 saylı qətnaməsi üzrə verilmiş 29 noyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 11945 manat əsas borc və 238 manat dəbbə pulu, cəmi 12183 manat tutularaq tələbkar “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, Borclu 125 manat 89 qəpik dövlət rüsumu tutularaq tələbkar “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 11945 manat əsas borc və 238 manat dəbbə pulu, cəmi 12183 manat tutularaq tələbkar “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, Borclu 125 manat 89 qəpik dövlət rüsumunun tutularaq tələbkar “X4 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(055)-1000/2022 saylı qətnaməsi üzrə verilmiş 29 noyabr 2022-ci il tarixli icra sənədi 09 mart 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülmüş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədlərinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(055)-1000/2022 saylı qətnaməsi üzrə verilmiş 29 noyabr 2022-ci il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxx 1977-ci il təvəllüdlü, Saatlı rayonu Mircəlalkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar