Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-81/2024 10.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu vurulmuş zərərin əvəzi olaraq 2315.30 manat və ödənilmiş dövlət rüsumu olaraq 54 manat, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq tələbkar X3 verilməli, bundan başqa Borclu 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyrimümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinə əsasən Borclu vurulmuş zərərin əvəzi olaraq 2315.30 manat və ödənilmiş dövlət rüsumu olaraq 54 manat, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq tələbkar X3 verilməli, bundan başqa Borclu 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmin icra sənədi 04 aprel 2024-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinin daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qeyd olunan icra sənədi üzrə Borclu tərəfindən könüllü olaraq tələb ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Borclu vurulmuş zərərin əvəzi olaraq 2315.30 manat və ödənilmiş dövlət rüsumu olaraq 54 manat, cəmi 2369 (iki min üç yüz altmış doqquz) manat 30 (otuz) qəpik məbləğində pul alınaraq tələbkar X3 verilməli, bundan başqa Borclu 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İşdə olan icraata başlamaq haqqında 04 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədi 04 aprel 2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. İşdə olan 04 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclu Abasov X5 Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(055)-19/2024 saylı qətnaməsi üzrə verilmiş 18 mart 2024-cü il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx xxxxxx 1959-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, ünvan 1 ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-81/2024
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-81/2024
10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver