Məhkəmə qərarları › İş №8(055)-82/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-82/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-82/2025 19.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin e-2(055)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu adına qeydiyyatda olan “Hundai Accent minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı və “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin e-2(055)-1410/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2558,13 manat məbləğində pul tutularaq tələbkar «Finca Azerbaijan» X6-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Borclu adına qeydiyyatda olan “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin e-2(055)- 1410/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2558.13 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Finca Azerbaijan" X6-Bank Kredit Təşkilatınin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Saatlı rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Hyundai Avante” minik markalı, 77LT749 və “Hundai Accent” minik markalı, 77LY781 dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Saatlı rayon Məhkəməsinin e-2(055)-1410/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 2558,13 manat məbləğində pul tutularaq tələbkar «Finca Azerbaijan» X6-Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İşdə olan şəxsin kartoçkasından görünür ki, Borclu adına “Hundai Accent minik” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı və “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən borc ödənilmədiyindən, bununla da pul məbləğinin borcludan tutulmasınının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə icra məmuru haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Lakin məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, avtomobillərdən yalnız “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.7-ci maddəsinə görə, tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Göstərilən müddəanın mənasından da göründüyü kimi, qanun tələb edir ki, tətbiq edilən məhdudiyyət icra tədbirinə mütənasib olmalı və qətnamənin icrası məqsədlərindən həddən artıq kənara çıxmamalıdır. Başqa sözlə, borclunun əmlakı üzərinə həbs, tələbin ödənilməsinə kifayət edəcək həcmdə qoyulmalıdır. Lakin təqdimatdan da görünüdüyü kimi, borcluya məxsus 2 ədəd müxtəlif markalarda olan avtomobillərin üzərinə həbsin qoyulması görülən icra tədbirinə mütənasib olmamaqla, həm də qətnamənin icrası məqsədlərindən kənara çıxır. Nəzərə alınmalıdır ki, görülən icra tədbiri qətnamənin icrasına xidmət etsə də, bu borclunun həddən artıq ağır vəziyyətə düşməsi ilə nəticələnməməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, ödənilməli olan borc məbləğinə mütənasib olmaqla təqdimat qismən təmin edilməli, borcluya məxsus bir avtomobilin - “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtobomilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu adına qeydiyyata alınmış “Hyundaı Avante minik” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar