Məhkəmə qərarları › İş №8(055)-83/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-83/2024

10.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-83/2024 10.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(009)-282/2024 saylı icra sənədi üzrə borclu, xx.xx.1982-ci il təvəllüdlü, Saatlı rayonunun Qırağlı kəndində qeydiyyatda olan Borclu Saatlı rayon İcra vo Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)-1386/2022 saylı icra vərəqəsinə əsasən, Borclu 14 dekabr 2023-cü il tarixdən 02 fevral 2007-ci il təvəllüdlü X5 və 01 avqust 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üşün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatın dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)-282/2024 saylı icra sənədinin surətindən görünür ki, Borclu 14 dekabr 2023-cü il tarixdən 02 fevral 2007-ci il təvəllüdlü X5 və 01 avqust 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üşün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 25 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)- 282/2024 saylı icra sənədi 25 aprel 2024-cü il tarixdə Saatlı Rayon İcra şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 25 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)-282/2024 saylı qətnaməsi üzrə verilmiş 24 aprel 2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi bildirilmişdir. İşdə olan “SMS bildirişin” göndərilməsi barədə çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Borclu istifadəsində olan ********** mobil nömrəyə SMS göndərilərək icra vərəqəsinin icrası ilə əlaqədar Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi xahiş olunmuşdur. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)-282/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(106)-282/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1982-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Saatlı rayonunun Qırağlı kəndində qeydiyyatda olan Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar