Məhkəmə qərarları › İş №8(055)-85/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-85/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-85/2025 19.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 8(055)-47/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)-190/2021 saylı qətnaməsinə əsasən əsasən Borclu 804 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 8(055)-47/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruz Həsənov məhkəməyə təqdimat verərək Saatlı Rayon Məhkəməsinin 8(055)-47/2025 saylı 24 fevral 2025-ci il qərardadına əsasən Borclu mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Novruz Həsənov təqdimatını onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(055)-190/2021 saylı qətnaməsinə əsasən əsasən Borclu 804 manat məbləğində pul vəsaiti tutularaq tələbkar BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra qeydi üzrə Borclu barəsində olan icra qeydinin icrasını təmin etmədiyindən məcburi icra tədbirləri keçirilərək borclunun mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə Saatlı Rayon Məhkəməsinin 8(055)-47/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadına əsasən avtomobilin üzərinə həbs qoyulmuşdur. Sonradan məcburi icra tədbirləri nəticəsində icra qeydində nəzərdə tutulmuş tələb tam şəkildə təmin edilmiş və icra sənədi üzrə icraata xitam verilməsini verilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(055)-190/2021 saylı iş üzrə Borclu 804 manat borcunu tam şəkildə ödəmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, Saatlı Rayon Məhkəməsinin 8(055)-47/2025 saylı 24 fevral 2025-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “MERCEDES BENZ C220” minik markalı, **-DT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar