Məhkəmə qərarları › İş №8(055)-87/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-87/2024

05.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-87/2024 05.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinə əsasən Borclu 782 manat pul alınaraq tələbkar "xxxx" MMC-nə verilməlidir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu məxsus «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Saatlı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki Borclu 782 manat pul alınaraq tələbkar "xxxx" MMC-nə verilməlidir. İcra sənədi icra olunması üçün 03 aprel 2024-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədi üzrə könüllü qaydada borcunu ödəməmişdir. Bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına qeydiyyatda olan **-LJ-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110 101 Minik” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Ona görə də «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyatda olan «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2-(055)-80/2023 nömrəli icra sənədindən görünür ki, Borclu 782 manat pul alınaraq tələbkar "xxxx" MMC-nə ödənilməlidir. İşdə olan icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədi 03 aprel 2024-cü il tarixində Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilərək icra sənədlərində göstərilən tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron EMF sistemindən çıxarışdan görünür ki, Borclu adına «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Borclu 782 manat pul alınaraq tələbkar "xxxx" MMC-nə ödənilmlidir. İcra sənədi icra olunması üçün 03 aprel 2024-cü ildə Saatlı rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin borclu icra sənədi üzrə könüllü qaydada borcunu ödəməmişdir. Bundan sonra «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən başlanılmış icra tədbirləri zamanı məlum olmuşdur ki, Borclu adına qeydiyyatda olan «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bundan sonra icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyatda olan «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması barədə məhkəməyə müraciət etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinin tələbinə görə məcburi icra tədbirləri zamanı borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsinə yol verilir. Həmin Qanununun 50.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilərək, Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(055)-183/2024 nömrəli icra sənədinin məcburi icrasını təmin etmək üçün Borclu adına qeydiyyatda olan «QAZ 3110 101 Minik» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-20-67 H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan № 8(055)-87/2024 “ “_____________2024-cü il Saatlı rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Araz Hüseynova Hörmətli Araz müəllim, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli 8(055)-87/2024 saylı qərardadı icra olunması üçün Sizə göndərilir. Qoşma: “03” vərəqədə. Hörmətlə, Hakim Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar