Məhkəmə qərarları › İş №8(055)-89/2025

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-89/2025

10.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-89/2025 10.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-218/2024 saylı icra sənədi üzrə Borclu Saatlı rayon İcra vo Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi və həmin qərarın icrasının Saatlı rayon Polis Şöbəsinə həvalə edilməsi məsələsinə baxmağınızı xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-218/2024 saylı icra vərəqəsinə əsasən, Cavabdeh Borclu 07 iyul 2019-cu il təvəllüdlü Hüseyn, 16 avqust 2020-ci il təvəllüdlü Murad və 27 may 2013-cü il təvəllüdlü Xəyalə adlı üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 yanvar 2024cü il tarixdən başlanaraq hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində icra məmurunun icraatına daxil olmuş və icra məmuru tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişdir. Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlərr. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarından da görünür ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-218/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu icra məmuru tərəfindən bildirişlər göndərilməsinə baxmayaraq o, heç bir üzürlü səbəblər olmadan icra məmurunun çağırışına gəlməkdən və icra sənədinin icrasından yayınmışdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-218/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.2002-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Saatlı rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Saatlı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar