Məhkəmə qərarları › İş №8(055)-90/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-90/2024

24.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-90/2024 24.06.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1239/2023 saylı icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1239/2023 saylı icra sənədinə əsasən Borclu bir ədəd mebel dəsti və ya dəyəri 2800 manat, bir ədəd divan və ya dəyəri 380 manat, bir ədəd güzgü və ya dəyəri 40 manat, dörd ədəd pərdə və ya dəyəri 440 manat, iki ədəd zal üçün pərdə və ya dəyəri 260 manat, bir ədəd mətbəx üçün pərdə və ya dəyəri 65 manat, pərdə altlığı və ya dəyəri 75 manat, iki ədəd televizor və ya dəyəri 900 manat, bir ədəd soyuducu və ya dəyəri 900 manat, bir ədəd tozsovuran və ya dəyəri 85 manat, bir ədəd şirəçəkən və ya dəyəri 60 manat, bir ədəd mikser və ya dəyəri 25 manat, bir ədəd ətçəkən maşın və ya dəyəri 200 manat, üç predmetdən ibarət qazan dəsti və ya dəyəri 60 manat, bir ədəd qazan dəsti və ya dəyəri 25 manat, iki ədəd bucaq dəsti və ya dəyəri 32 manat, iki ədəd xalça və ya dəyəri 500 manat, üç ədəd odiyal və ya dəyəri 90 manat, üç ədəd pokroval və ya dəyəri 105 manat, iki ədəd yorğan və ya dəyəri 100 manat, iki ədəd döşək və ya dəyəri 140 manat, altı ədəd balış və ya dəyəri 150 manat, bir ədəd uşaq krovatı və ya dəyəri 250 manat, beş ədəd vaz və ya dəyəri 75 manat, bir ədəd böyük güldan beş ədəd güllə birlikdə və ya dəyəri 28 manat, üç ədəd güldan və ya dəyəri 60 manat, otuz ədəd xurustal armudu stəkan və ya dəyəri 75 manat, otuz ədəd nəlbəki və ya dəyəri 30 manat, on səkkiz predmetdən ibarət nahar servizi və ya dəyəri 250 manat, iki ədəd çay servizi və ya dəyəri 220 manat, on səkkiz ədəd xurustal bakal və ya dəyəri 90 manat, on bir ədəd xurustal bakal və ya dəyəri 33 manat, dörd ədəd xurustal qəndqabı və ya dəyəri 60 manat, üç ədəd tort qabı və ya dəyəri 48 manat, on iki ədəd sadə stəkan nəlbəki və ya dəyəri 12 manat, bir ədəd on iki predmet qızılı rəngdə qab və ya dəyəri 35 manat, bir ədəd on iki predmet gül rəngdə qab və ya dəyəri 35 manat, altı ədəd kasa və ya dəyəri 12 manat, altı predmetdən ibarət ağ rəngli qab və ya dəyəri 16 manat, on iki ədəd dərin qab və ya dəyəri 30 manat, bir ədəd qəfədan və ya dəyəri 18 manat, bir ədəd elektrik samovarı və ya dəyəri 100 manat, iki ədəd emallı qəfədan və ya dəyəri 44 manat, dörd ədəd sadə qənd qabı və ya dəyəri 12 manat, bir ədəd çay dəsti və ya dəyəri 13 manat, altı ədəd dəsmal və ya dəyəri 60 manat, on iki ədəd əl-üz dəsmalı və ya dəyəri 84 manat, altı ədəd süfrə və ya dəyəri 36 manat, dörd ədəd qara-qırmızı rəngdə qəndqabı və ya dəyəri 32 manat, on iki ədəd xurustal razedka və ya dəyəri 30 manat, altı ədəd sadə rozetka və ya dəyəri 6 manat, on iki ədəd duz qabı və ya dəyəri 6 manat, iki ədəd qrafinka və ya dəyəri 8 manat, altı ədəd su üçün bakal və ya dəyəri 12 manat, bir ədəd ütü və ya dəyəri 50 manat, bir ədəd ütü altı və ya dəyəri 35 manat, bir ədəd şüşə qazan və ya dəyəri 25 manat, bir ədəd qutuda dəsmal və ya dəyəri 18 manat, altı ədəd mələfə gilaf dəsti və ya dəyəri 180 manat, altı ədəd stəkan silən və ya dəyəri 12 manat, bir ədəd stolüstü qaz və ya dəyəri 25 manat, bir ədəd çıl-çıraq və ya dəyəri 70 manat, bir ədəd piti qazanı və ya dəyəri 15 manat, bir ədəd nikkelli qazan və ya dəyəri 50 manat, bir ədəd tava və ya dəyəri 15 manat, dörd ədəd duxovka və ya dəyəri 40 manat, iki ədəd uzunsov qəndqabı və ya dəyəri 20 manat və döşəkçələr, həmçinin iddia qaldırılarkən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatı, 50 manat xidmət haqqı və 69 manat dövlət rüsumu, cəmi 144 (bir yüz qırx dörd) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatını onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2024-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir.Borclu tərəfindən könüllü olaraq tələb ödənilmədiyindən onun üzərində icra edilməmiş borcu qalmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq üçün lazımi tədbirlər görülməkdədir. Belə ki, icra sənədi üzrə borc hazırki vaxtadək borclu tərəfindən tələbkara ödənilmədiyindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyrimümkün olmasını nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş edilmişdir. Məhkəmə təqdimatın təmin olunması barədə toplanmış sənədləri araşdıraraq belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilərək Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(055)-1239/2023 saylı icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar