Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-91/2023 27.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli və 11 fevral 2022-ci il tarixli, 2(055)- 95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədləri üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306 manat 38 qəpik alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 manat 07 qəpik dövlət rüsumu Borclu alınaraq tələbkarın xeyrinə ödənilməlidir. Saatlı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(055)-95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 600,94 manat əsas borc, 150,49 manat faiz borcu və 130 manat cərimə borcu, cəmi 881,43 manat borc, ödənilmiş 37 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 918 manat 83 qəpik pul alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306 manat 38 qəpik alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 manat 07 qəpik dövlət rüsumunun Borclu alınaraq tələbkarın xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli icra sənədi 05 iyul 2023-cü il tarixdə, Borclu 600,94 manat əsas borc, 150,49 manat faiz borcu və 130 manat cərimə borcu, cəmi 881,43 manat borc, ödənilmiş 37 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 918 manat 83 qəpik pulun alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli icra sənədi 06 aprel 2022-ci il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədlərinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306 manat 38 qəpik alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 manat 07 qəpik dövlət rüsumu Borclu alınaraq tələbkarın xeyrinə ödənilməlidir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(055)-95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədindən görünür ki, Borclu 600,94 manat əsas borc, 150,49 manat faiz borcu və 130 manat cərimə borcu, cəmi 881,43 manat borc, ödənilmiş 37 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, ümumilikdə 918 manat 83 qəpik pul alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir Borclu 14 fevral 2022-ci il tarixli, İK 338/F-22 saylı kredit müqaviləsi üzrə 3543,06 manat əsas borc, 369,71 manat faiz borcu, 393,61 manat cərimə, cəmi 4306 manat 38 qəpik alınıb tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 63 manat 07 qəpik dövlət rüsumu Borclu alınaraq tələbkarın xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 05 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli icra sənədi 05 iyul 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 05 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verildiyi, icra sənədinin icrası ilə əlaqədar Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. İşdə olan icraata başlamaq haqqında 06 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(055)-95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədi 06 aprel 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 06 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(055)-95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verildiyi, icra sənədinin icrası ilə əlaqədar Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Borclu Saatlı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(055)-449/2023 saylı qətnaməsi üzrə verilmiş 25 iyun 2023-cü il tarixli və 11 fevral 2022-ci il tarixli, 2(055)-95/2022 saylı qətnaməsi üzrə verilmiş 29 mart 2022-ci il tarixli icra sənədlərini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-91/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-91/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver