Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-92/2023 27.10.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 21 aprel 2014-cü il təvəllüdlü X7 və 11 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 25 noyabr 2022-ci il tarixdən başlanaraq hər ay hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutulub tələbkar X4 xeyrinə ödənilməlidir. Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatını onunla əsaslandırmışdır ki, Borclu 21 aprel 2014-cü il təvəllüdlü X7 və 11 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 25 noyabr 2022-ci il tarixdən başlanaraq hər ay hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X4 xeyrinə ödənilməsi barədə Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli icra sənədi 03 iyul 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmiş, lakin Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra sənədinin icrasını təmin etməmişdir. Hazırki vaxtadək Borclu tərəfindən tələb ödənilmədiyindən onun əmlak vəziyyəti barədə aidiyyəti orqanlara sorğular edilmiş, lakin borclunun heç bir əmlakı müəyyən edilmədiyindən, tələbin borca yönəldilməsi mümkün olmamışdır. Borclunun istənilən vaxt Respublika hüdudlarından kənara çıxmasını və həmin vaxt icra sənədinin icrasının qeyri-mümkün olmasını nəzərə alaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu 21 aprel 2014-cü il təvəllüdlü X7 və 11 iyun 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 25 noyabr 2022-ci il tarixdən başlanaraq hər ay hər uşağa görə 190 manat, cəmi 380 manat sabit pul məbləğində aliment tutulub tələbkar X4 xeyrinə ödənilməlidir. İşdə olan icraata başlamaq haqqında 03 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədi 03 iyul 2023-cü il tarixdə Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verilmişdir. İşdə olan 03 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu bildiriş göndərilərək Saatlı Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü yerinə yetirilməsi üçün borcluya 10 gün müddət verildiyi, icra sənədinin icrası ilə əlaqədar Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi bildirilmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borclu Əliyev X8 Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(055)-385/2023 saylı qətnaməsi üzrə verilmiş 24 iyun 2023-cü il tarixli icra sənədini icra etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx xxxxxx 1991-ci il təvəllüdlü, Saatlı rayonu Əlisoltanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Saatlı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-92/2023
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-92/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver