Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 8(055)-98/2025 08.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iştirakı ilə, X1 Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(106)-262/2025 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(106)-262/2025 saylı qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 2(055)-875/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, cavabdeh Borclu 17 avqust 2008-ci il təvəllüdlü X7, 10 yanvar 2010-cu il təvəllüdlü X8 və 01 yanvar 2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz ǝlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz ǝlli) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(106)-262/2025 nömrəli qətnaməsinə əsasən tutulan hər ay hər bir uşağa 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən işə ərizəçinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 2024-cü ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçi müəyyən olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.60 misli həddində indeksasiya olunmasını xahiş etsə də, Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(106)- 262/2025 saylı qətnaməsi saylı qətnaməsi üzrə bir uşaq üçün müəyyən olunmuş 150 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43(150:345=0,43) misli həddində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizə qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli 2(106)-262/2025 saylı qətnaməsinə əsasən müəyyən olunmuş aliment indeksasiya edilərək, 16 aprel 2025-ci il tarixdən başlayaraq 17 avqust 2008-ci il təvəllüdlü X11, 10 yanvar 2010-cu il təvəllüdlü X12 və 01 yanvar 2014-cü il təvəllüdlü X14 adlı uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Borclu tələbkar X4 xeyirinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(055)-98/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №8(055)-98/2025
08.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver