Məhkəmə qərarları › İş №8(056)-1/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-1/2023

10.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-1/2023 10.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X1, X2 oğlunun katibliyi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadı ilə Borclu3 məxsus «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra şöbəsindən daxil olmuş təqdimata baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mirqasım Mövsümov təqdimatla Sabirabad rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixli 2(056)983/2020 saylı icra vərəqsinə əsasən ümumilikdə 1038,32 manat məbləğində piul vəsaitinin müştərək qaydada Borclu2 və Borclu3 müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Borclular Borclu2 və Borclu3 icra sənədi üzrə borc öhdəliyini tam şəkildə ödədiyi üçün, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadı ilə Borclu3 məxsus «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)983/2020 saylı icra sənədinə əsasən, Borclu2 və Borclu3 müştərək qaydada cəmi 1038,32 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Borclu3 barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadına əsasən onun mülkiyyətində olan «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir . İcra tədbirləri nəticəsində tələbkar təşkilat Tələbkar QSC ərizə ilə İcra və Probasiya şöbəsinə müraciət edərək cavabdehlərin borclarını tam şəkildə ödədiklərini bildirmiş və icra sənədi üzrə üzrə işə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan ərizə əsasında xx.xx.2021-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qeyd olunanları nzərə alaraq Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadı ilə Borclu3 məxsus «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs, tələbkar və borclular məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobillər üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardadın müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)983/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu3nun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Belə ki, Sabirabad rayon Məhkəməsinin müvafiq icra sənədi üzrə borc öhdəliyi tam icra edilmişdir. Beləliklə borclunun mülkiyyətində olan əmlakın üzərində həbslərin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadı ilə Borclu3 məxsus «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)254/2021 saylı qərardadı ilə Borclu3 məxsus «BMW» markalı **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar