Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-119/2024 14.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimovun iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimovun xx.xx.1990-cı il təvəllüdlü, Sabirabad rayonu, Balvar kəndində qeydiyyatında olan Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək Sabirabad şəhəri, Sabirabad rayonu,Balvar kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056) 191/2024 saylı icra sənədinə əsasən Borclu ümumilkdə 13120 manat pul vəsaiti və dövlət rüsumu alınaraq Tələbkar Hacıağa oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki. borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirşi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclu Sabirabad Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056) 191/2024 saylı icra sənədinə əsasən borcu vardır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması, məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatda göstərilənləri təkrar edərək təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş: Sabirabad Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056) 191/2024 saylı icra sənədinə əsasən Borclu ümumilkdə 13120 manat pul vəsaiti və dövlət rüsumu alınaraq Tələbkar Hacıağa oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimatın təmin edilməsi barədə icra məmurunun izahatını dinləyib, icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Borclu hal-hazıradək məhkəmənin icra sənədini tam icra etməmişdir və onun ölkə ərazisini tərk etmə ehtimalı vardır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdr. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Sabirabad rayonu, Balvar kəndində qeydiyyatında olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-119/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-119/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver