Məhkəmə qərarları › İş №8(056)-125/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-125/2024

28.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-125/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ünvan 1 ünvanında yaşayan Borclu məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədimatdan və ona əlavə olunmuş sənədlərdən görürünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(056)-29/2024 saylı icra sənədinə əsasən tərəflər arasında olan “nikahın pozulması və aliment” tələbinə dair mülki iş üzrə məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu Pirili kəndində anadan olmuş və həmin ünvanda yaşayan Tələbkar xx.xx.2022-ci il təvəllüdlü usağı X5 ilə hər həftənin cümə,şənbə və bazar günləri saat 11:00-dan saat 16:00-dək xx.xx.1995-ci il təvəllüdlü Sabirabad şəhərində anadan olmuş və Sabirabad şəhəri S.Vurğun küçəsi ev 71–də yaşayan Borclu iştirakı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icratına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir.xx.xx.2024-cü il tarixdə borclunun məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq, nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş, nə də ki icra məmurunun çağırışlarına gəlmişdir. A.İsmayılov hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Məhkəmə iclası zamanı Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 yuxarıda göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə təqdimat verən şəxsi dinləyib, təqdimatı və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materilallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra vərəqəsi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu Kərimova X2 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Kərimova X2 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar