Məhkəmə qərarları › İş №8(056)-126/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-126/2024

02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-126/2024 02.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad branch Məhkəməsinin hakimi X13, X1 ödənilmiş dövlət rüsumunun ona geri qaytarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdim: X3 ərizə ilə məhkəməyə müraciət edərək iddia qaldırılması üçün onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qərardada qəbul edilməsini etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsinin tələblərinə uyğun olaraq X5 tərəfindən iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı X5 cavabdeh X14 qarşı “valideyinlik hüququndan məhrum edilmə tələbi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1580/2024 saylı qərardadına əsasən iddiaçı X4 cavabdehlər X10, X8, X11 və X12 qrşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair» iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəyə əlavə edilmiş iddia qaldırılması üçün dövlət rüsumunun ödənilməsi barədə 13168 nömrəli qəbzdən görünür ki, X2 Bank ASC-nin Sabirabad branch K0144013 nömrəli terminalı vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına (büdcə təsnifat kodu: 142213, GPP qəbz nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. (100,60 manat məbləğində qalıq şifrə 0171-2642-9847-3245) Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən X5 tərəfindən 13168 nömrəli qəbzlər vasitəsilə iddia qaldırılması üçün Kapital Bank ASC-nin Sabirabad branch K0144013 nömrəli terminalı vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına ((büdcə təsnifat kodu: 142213, GPP qəbz nömrəsi **********), (100,60 manat məbləğində qalıq şifrə 0171-2642-9847-3245)) ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 114-cü maddəsini rəhbər tutaraq, Qəraraaldım: X5 tərəfindən 13168 nömrəli qəbz vasitəsilə iddia qaldırılması üçün Kapital Bank ASCnin Sabirabad branch K0144013 nömrəli terminalı vasitəsi ilə Sabirabad rayon Məhkəməsinin hesabına ((büdcə təsnifat kodu: 142213, GPP qəbz nömrəsi **********), (100,60 manat məbləğində qalıq şifrə 0171-2642-9847-3245)) ödənilmiş 100 manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad branch məhkəməsinə şikayət verilə bilər. Hakim:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar