Məhkəmə qərarları › İş №8(056)-135/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-135/2025

02.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-135/2025 02.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Tələbkar Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-706/2023 saylı icra sənədinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (qeydiyyat nömrəsi: **********) Çıxarış əsasında ümumi birgə mülkiyyət hüququ üzrə iddiaçılar Tələbkar, X2, X4, X5, X6 və X3 məxsus Sabirabad rayonu, Qaratəpə kəndində yerləşən 2,7133 ha torpaq sahəsinin 0,67 ha hissəsindən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Yerquruluşu və Planına uyğun 805m uzunluğunda – şimaldan 9,2 m, cənubdan 8,3 m ölçüdə) cavabdeh Borclu çıxarılaraq torpağın həmin hissəsindən istifadənin dayandırılması və həmin hissənin iddiaçılara qaytarılması vəzifəsi onun (cavabdehin) üzərinə qoyulmalı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı X8 tərəfindən ödənilmiş 110 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutulub iddiaçı X6 ödənilməlidir. Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-706/2023 saylı icra sənədinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Umudov X1 rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət ünvanlamışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayət və icraata xitam verilməsi haqqında qərarın tarixinə nəzər yetirdikdə məlum olur ki, şikayət mübahisələndirilən qərarın qəbul edilməsindən uzun müddət sonra, yəni 8 aydan artıq müddət sonra məhkəməyə ünvanlanmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayət vermə müddəti ötürüldüyündən şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 269-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından vermiş olduğu şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada əldə edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar