Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-142/2024 09.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Sabirabad rayonunun Cavad kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Cavad kəndində yaşayan Borclu Sabirabad rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sabirabad rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(056)-355/2024 saylı icra sənədinə əsasən, Borclu cəmi 3825.85 manat tutularaq Tələbkar ASC-nin xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2024-ci il tarixdə icraatına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrsı barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı onlara göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlməmişlər. Borclu xx.xx.2024-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərarada məhəl qoymayaraq İcra və Probasiya Şöbəsinə gəlməmişdir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, təqdimat və ona əlavə edilmiş sənədlərdən görünür ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Göründüyü kimi icra məmuru əvvəlcədən icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrasına dair bildirişi borcluya müvafiq qaydada təqdim etməlidir. Yalnız borclu tərəfindən tələbin könüllü icrası təmin edilmədikdə, icra məmuru tərəfindən məcburi icra tədbirləri görülə bilər. Hazırki işdə isə icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrasına dair bildirişin borcluya müvafiq qaydada təqdim edildiyi icra işinin materialları ilə təsdiq olunmur. Ona görə də, borclunun məcburi gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-274 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-142/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-142/2024
09.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver