Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-147/2024 08.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlının xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlı təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1138/2024-029 saylı icra vərəqəsinə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq 08 avqust 2022-ci il təvəllüdlü X1 atasının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün 21,05.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi 'ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlham Nizamlı, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1138/2024-029 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq 08 avqust 2022-ci il təvəllüdlü X1 atasının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək, borc məbləğinin miqdarının və uzun müddətdir ki, ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ məhkəmə qətnaməsi tam icra edildiyi zamanadək müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-147/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-147/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver