Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-15/2023 02.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Sabirabad rayonunun Kovlar kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Kovlar kəndində yaşayan Borclu məcburi qaydada Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədimat onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin 2(041 )-376/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraatıma daxil olmuş və tərəfimdən icraata başlanılaraq sizə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu aliment borcunun ödənilməsi və icra və probasiya şöbəsinə gəlməsi ondan tələb edilmiş, nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu xx.xx.2022-ci il tarixdə “məcburi gətirilməsi” barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərarada məhəl qoymayaraq İcra Şöbəsinə gəlməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinin tələblərinə uyğun olaraq gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materilallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra vərəqəsi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 80.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 80.3-cü maddəsinə əsasən bu Qanun 80.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu Əkbərov X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 80cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-1554-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonunun Kovlar kəndində yaşayan Əkbərov X2 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-15/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-15/2023
02.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver