Məhkəmə qərarları › İş №8(056)-15/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-15/2025

24.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-15/2025 24.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu Sabirabad rayonunun Suqovuşan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8574/2017 saylı icra sənədi üzrə Borclu 10500 manat və 4800 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7236/2015 saylı icra sənədi üzrə Borclu 12783,22 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-7520/2015 saylı icra sənədi üzrə Borclu 1225 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri müxtəlif tarixlərdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişlər. İcraata başlamaq haqqında qərarlar qəbul edilərək qərarların surəti bildirişlə birlikdə borcluya göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin etməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələbləri könüllü təmin etmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu günə kimi icra sənədlərinin icrası tam şəkildə təmin edilməmişdir. Hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda borcluya məxsus tələbin yönəldiləsi əmlakın olmadığı qeyd edilsə də, Elektron Məhkəmə Sistemində borclunun əmlak məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, borclu İİ qrup əlilliyinə görə 363,86 manat pensiya alır. Bundan əlavə, təqdimata əlavə edilmiş aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-8574/2017 saylı icra sənədinin icrası ilə əlaqədar borclunun yaşayış evində olduğu, tələbin yönəldilə biləcəyi əmlakın aşkar edilmədiyi akt tərtib edilmiş olsa da, aktda yalnız 3 nəfər şəxsdən 1-nin imzası mövcuddur. Buradan da aydın olur ki, borclunun yaşayış yerində olunmamış və əmlak vəziyyəti kifayət qədər araşdırılmamışdır. “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Qeyd edilən Qanunun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları müəyyən edilmişdir ki, hazırki işdə də həmin əsasların mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun tələbin yönəldilə biləcəyi pensiyası mövcud olduğu, həmçinin əmlak vəziyyəti kifayət qədər ətraflı araşdırılmadığı halda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokolunun tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar