Məhkəmə qərarları › İş №8(056)-154/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-154/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-154/2024 15.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İcra sənədi üzrə Tələbkar Sabirabad rayon İcra və X1 Rayon Məhkəməsinin 2(056)- 298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 9530 manat pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. Tələbkar Abuşov X2 rayon İcra və X1 Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Sabirabad rayon İcra və X1 Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilərək icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şikayət verilən qərar tədqiq edilərkən müəyyən edilir ki, borclunun əmlak vəziyyəti tam araşdırılmadan hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli və Sabirabad Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və X1 Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-298/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar