Məhkəmə qərarları › İş №8(056)-159/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-159/2025

19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-159/2025 19.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra sənədi (icra qeydi) üzrə tələbkar BOKT "xxxx" MMC-nin şikayətinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən icra sənədi üzrə Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirinin olmaması əsası ilə Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023cü il tarixli 8İ-15068№-li icra sənədi (icra qeydi) Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra sənədi (icra qeydi) üzrə tələbkar BOKT "xxxx" MMC şikayət verərək qərarın ləğv olunmasını və icra vərəqəsi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədini yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru A.İsmayılov “icra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərar qəbul edərkən Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra sənədinin icrasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımı tədbirlərin görməməsi hallarına əsaslanmışdır. Şikayətin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra sənədi icra tədbirlərinin təmin edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra məmurları haqqında” Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “icra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra sənədinə (icra qeydinə) əsasən Borclu cəmi 130 manat pul vəsaitiinin tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 gün müddətində vaxt verilməklə Borclu və tələbkara göndərilmişdir. Borclu ona verilmiş tələbin könüllü icrası müddəti ərzində tələbi icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlak vəziyyəti yoxlanılmış, Borclu məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, gəlir və pul vəsaiti aşkar edilməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş borc məbləğinin tam tutularaq tələbkarın hesabına köçürülməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən icra məmuru öz səlahiyyətləri hüdudunda borclunun barəsində məcburi və digər lazımı tədbirləri görməmiş, eyni zamanda borclunun icra məmurunun qanuni tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-15068№-li icra vərəqəsi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aydın İsmayılovun “icra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. Sabirabad «ASAN Xidmət» Mərkəzində Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ- 15068№-li icra vərəqəsi (icra qeydi) icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar