Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-161/2024 23.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Borclu Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi Borclu xahişini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinə əsasən ondan 1816 manat pul tutularaq Tələbkar və qeyrilərinə verilməsi qət edilmişdir. O, hazırda heç yerdə işləmir, heç bir gəliri yoxdur, maddi cəhətdən əzab çəkir. Sözügedən qətnaməni hissə-hissə icra etmək istəyir. Belə ki, ayda o, borcundan hər ay 40 manat iddiaçılara verə bilər. Bundan başqa heç bir imkanı yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən (həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur) məhkəmə işə onların iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinin surətindən görünür ki, Borclu 1816,30 manat tutularaq iddiaçılar Tələbkar, X4, X2 və X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 231.1-ci maddəsinin tələbinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qətnamənin hissə-hissə icra olunması dedikdə, onum icrasının müəyyən zaman intervalı və hər hissənin icra müddəti nəzərə alınmaqla hissə-hissə həyata keçirilməsi başa düşülür. Bu mənada qətnamənin hissə-hissə icrası yalnız bölünə bilən predmetlərin (pul vəsaitlərinin, əmlaklarının və s.) alınmasını qət edən məhkəmə qətnamələrinə münasibətdə mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.1-ci maddəsinə əsasən əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə görə qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamnin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Bu məsələ həll edildikdə məhkəmə tələbkarın mənefeyini də nəzərə almalıdır. Göründüyü kimi həm Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi, həm də Ali Məhkəmə Plenumunun istinad olunan Qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında əmlak vəziyyətinin, xüsusi ilə də borclunun əmlak vəziyyətinin ağırlığının nəzərə alınmasını, həmçinin tələbkarın mənafeyinin nəzərə alınmalı olduğunu nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Ərizəçinun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud ərizəçi üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə ərizəçinun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırkı iş üzrə qətnamənin icrasına çətinlik yaradan, ərizəçi üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından görünür ki, qətnamənin qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərizəçi qətnamənin icrası üçün heç bir tədbir görməmiş, qətnaməni, buna qədər olan dövrdə icra etməkdə marağının olmasını əyani olaraq göstərməmişdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. «Hörnosbi Yunanıstana qarşı» 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan «Ədalətli məhkəmə baxışına olan hüquq» qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Həmin məhkəmənin «Burdov Rusiyaya qarşı» qərarında qeyd olunuur ki, bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi «Mirzəyev Azərbaycana qarşı» 03 dekabr 2009-cu il tarixli iş üzrə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «Məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin, Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları) təfsilatı ilə izah etməsi müqabilində, məhkəmə qərarlarının icrasının qorunmaması ağlasığmaz olar; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırılmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxara bilər. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «Araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə qərarının təxirə salınması elə tərzdə olmamalıdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə müdafiə olunan hüququn mahiyyətinə zərər vursun. Hakimiyyət orqanları məhkəmə qərarını icra etmək üçün hərəkət etmək öhdəliyi altında olduqda və bunu etmədikdə, onların hərəkətsizliyi Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi üzrə Dövlətin məsuliyyətinə səbəb ola bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə rədd edilməli, Borclu Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2(106)-1559/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-161/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-161/2024
23.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver