Məhkəmə qərarları › İş №8(056)-164/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-164/2024

30.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-164/2024 30.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 katibliyi, ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlunun iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarından xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi üzrə Tələbkar şikayətinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlirinin olmaması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli Qərarından Tələbkar şikayət verərək qərarın ləğv olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra vərəqəsinin yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov “İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli Qərar qəbul edərkən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsinin icrası üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımı tədbirlər görməmiş, icra vərəqəsi geri qaytarılmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı İcra sənədinin qaytarılması barədə” xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Bundan sonra yenidən xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. İcra vərəqəsi üzrə Borclu maddi və maliyyə imkanları kifayət olduğundan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Tələbkar etibarnamə üzrə nümayəndəsi həmçinin vəkili Nümayəndə Babalı oğlu ərizəyə uğun məzmunda izahat verərək, onun təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Ərizənin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və icra vərəqəsi icra tədbirlərinin təmin edilməsi məqsədilə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Belə ki, “İcra məmurları haqqında” Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” qərar qəbul edərkən icra məmuru öz səlahiyyətləri hüququnda borclunun barəsində məcburi və digər lazımı tədbirləri görməmiş, eyni zamanda borclunun icra məmurunun qanuni tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı İcra sənədinin qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(106)-13/2010 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar