Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-168/2024 13.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimovun iştirakı ilə, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra 23 sentyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və həmin tarixdən tələbin könüllü icrası barədə Borclu bildiriş göndərmişdir. Tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X1 Rayon İcra və Probasiya Şöbəsinə notariat qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək aliment tələbindən imtina etdiklərini, bu səbəbdən icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq, Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 təqdimatda göstərilənləri təkrar edərək təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədinin surətindən görünür ki, Borclu 10 avqust 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməsi qərara alınmışdır. Təqdimata əlavə edilmiş tələbkar X2 etibarnamə üzrə nümayəndəsi X4 notariat qaydada təsdiq edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, iddiaçı Həziyeva (Dadaşova) Rəmziyyə Qəniyyət qızının cavabdeh Borclu qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)- 745/2021 saylı qətnaməsinə əsasən 150 manat aliment təyin edilmişdir. 03 sentyabr 2024cü il tarixə yığılmış 1200 manat aliment borcundan və ümumilikdə tam alimentdən imtina edir və gələcəkdə təkrar aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmayacaqdır. Məhkəmə təqdimatın təmin edilməsi barədə icra məmurunun izahatını dinləyib, icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, X2 etibarnamə üzrə nümayəndəsi X5 notariat qaydada təsdiq edilmiş ərizə ilə 03 sentyabr 2024-cü il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə müraciət etmişdir. X5 ərizədə göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı qətnaməsinə əsasən X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin alınmasından, 03 sentyabr 2024-cü il tarixə yığılmış 1200 manat aliment borcundan, ümumilikdə tam alimentdən imtina edir və gələcəkdə təkrar aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmayacağını göstərir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, tələbkar tələbdən imtina etdiyindən imtina qəbul edilməli və Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2(056)-745/2021 saylı icra sənədi üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, qərardaddan tərəflər 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verə bilərlər SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-168/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-168/2024
13.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver