Məhkəmə qərarları › İş №8(056)-169/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-169/2024

11.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-169/2024 11.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Tələbkar Borclu tələbdən imtinasının qəbul edilməsi barədə Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1457/2023 saylı icra vərəqəsinə əsasən, tələbkar Borclu övladı xx.xx.2017-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günləri saat 14:00-dan 18:00-dək və rəsmi iş günü olmayan iki və ya daha çox olan bayram gününün bir günü 14:00-dan 18:00-dək ünsiyyət hüququ verilmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 tələbkar Borclu tələbdən imtinasının qəbul edilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, tələbkar Borclu tələbdən imtinasının qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü ildə onun icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə borclu Tələbkar bildiriş göndərilmişdir. Tələbkar Dadaşov X1 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, övladı ilə ünsiyyət tələbindən imtina etdiyini, bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.1-ci maddəsinin tələbinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata xitam verilmə əsası yaranır. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməli, tələbkarın tələbdən imtinası qəbul edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş tələbkar Borclu notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, qızı Leyla Dadaşova ilə ünsiyyətdən imtina etməsini ərizəsində göstərmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göstərilən qanunvericilik normasının tələbindən göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsinin əsası kimi tələbkarın tələbdən imtinasının məhkəmə tərəfindən qəbul edilməsi zəruri şərt olaraq göstərilmişdir. Məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinası notarial qaydada təsdiq edildiyindən qəbul edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-1457/2023 saylı icra vərəqəsinə əsasən tələbkar Borclu tələbdən imtinası qəbul edilsin. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar