Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-172/2024 30.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, X4 ödənilmiş dövlət rüsumunun geri qaytarılması tələbinə dair ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X6 ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X5 qarşı mənəvi zərərərin ödənilməsi tələbinə dair iddia tələbi üzrə məhkəməyə ödədiyi 150 manat dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, cavabdeh X5 qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək mənəvi zərərin əvəzi olaraq 20000 manat və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işə Sabirabad Rayon Məhkəməsində baxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən iddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu səbəbdən də, məhkəməyə ödədiyi 150 manat dövlət rüsumunun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəşi X6 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasını ərizəçi X4 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir Belə ki, iddiaçı X4 cavabdeh X5 qarşı mənəvi zərərin ödənilməsinə tələbinə dair mülki iş üzrə məhkəmə iclasına sədrlik edən X1nun özü-özünə etdiyi etiraza baxılması üçün 2(056)-2137/2023 saylı mülki iş materialları ilə birlikdə 11 dekabr 2023-cü il tarixdə aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və mülki iş üzrə müvafiq qətnamə qəbul edilmişdir. Göründüyü kimi iddiaçı X4 cavabdeh X5 qarşı mənəvi zərərin ödənilməsinə tələbinə dair mülki işin baxılmasından imtina edilməmişdir, baxılması üçün aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və mülki iş üzrə müvafiq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 114-cü maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X4 cavabdeh X5 qarşı mənəvi zərərərin ödənilməsi tələbinə dair Sabirabad Rayon Məhkəməsinə verdiyi iddia tələbi üzrə ödədiyi 150 manat dövlət rüsumunun geri qaytarılmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 cavabdeh X5 qarşı mənəvi zərərərin ödənilməsi tələbinə dair Sabirabad Rayon Məhkəməsinə verdiyi iddia tələbi üzrə ödədiyi 150 manat dövlət rüsumunun geri qaytarılmasından imtina olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, qərardaddan tərəflər 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verə bilərlər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-172/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-172/2024
30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver