Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-175/2025 13.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu,, Tələbkar Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Sabirabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-841/2019 saylı icra sənədinə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Tələbkar adından Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayət daxil olmuşdur. Şikayət və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayətçinin şəxsiyyət vəsiqəsində olan imzası şikayət və şikayətin surətində olan imzalardan (hər üç imza) əhəmiyyətli dərəcədə fərqlənir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanması müəyyən edilmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 269-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Tələbkar Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından vermiş olduğu şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada əldə edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-175/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-175/2025
13.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver