Məhkəmə qərarları › İş №8(056)-177/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-177/2024

27.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-177/2024 27.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Xəqani Əzimovun xx.xx.1981-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan X2 «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-887/2022 saylı icra sənədinə əsasən Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olan və yaşayan borclu X1 6500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatda göstərilənləri təkrar edərək təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-887/2022 saylı icra sənədindən görünür ki, Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olan və yaşayan borclu X1 6500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, borclu X3 rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimatın təmin edilməsi barədə icra məmurunun izahatını dinləyib, icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq borclu X4 hal-hazıradək məhkəmənin icra sənədini tam icra etməmiş və onun ölkə ərazisini tərk etmə ehtimalı vardır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdr. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan X2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, qərardaddan tərəflər 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verə bilərlər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar