Məhkəmə qərarları › İş №8(056)-180/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-180/2024

23.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-180/2024 23.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İcraatın dayandırılması barədə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-820/2024 saylı icra vərəqəsinə əsasən, Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 icraatın dayandırılması barədə təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-820/2024 saylı icra vərəqəsinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2024-cü ildə onun icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu xx.xx.2024-cü il tarixdən Salyan rayonlararası psixiatriya xəstəxanasına demensiya diaqnozu ilə daxil olmuş, hazırda müalicəsi davam etdirilir. Odur ki, hazırki təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməli, icra sənədi üzrə icraat dayandırılmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Həmin Qanunun 18.1.3-cü maddəsinə əsasən, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən, məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Göstərilən qanunvericilik normalarının tələbi baxımından məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18, 21-ci və Azərbaycan Respublikasının MPM-nin 231,257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-820/2024 saylı icra sənədi üzrə icraat borclunun stasionar müalicəsi davam etdiyi müddətədək dayandırılsın. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar