Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-181/2023 01.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Qarağac kəndində yaşayan Borclu adına qeydiyyatda olan «VAZ-21013» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin avtomobilin dayanacağa yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-647/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Borclu cəmi 1416,89 manat məbləğində pul vəsaiti tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin "Elektron İcra Xidməti" portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclu məxsus **-BN- *** qeydiyyat nişanlı «VAZ-21013» minik markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. İcra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs X2 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-647/2020 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC və «MKT Sabirabad» filialı ilə Borclu arasında bağlanmış xx.xx.2016-cı il tarixli ********* saylı üçtərəfli Müqavilədən yaranmış 968.89 manat əsas borc, 418.0 manat cərimə, ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi, ümumilikdə isə 1416.89 (bir min dörd yüz on altı manat səksən doqquz qəpik) AZN məbləğində pul vəsaitinin cavabdeh X1 tutularaq iddiaçı «MKT İstehsalat Kommersiyasm MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında qərar»dan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-647/2020 saylı icra vərəqəsinin icraatına başlanılmış və Borclu icra vərəqəsinin könüllü qaydada icra olunması üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. “Elekton İcra Xidməti" portalının “avtomobil nəqliyyat məlumatları" bölməsinin məlumatına əsasən Borclu adına «VAZ-21013» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı avtomaşın qeydə alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus olan «VAZ- 21013» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı və həmin nəqliyyat vasitəsi Dövlət Yol polisinin mühafizə olunan dayanacağına yerləşdirilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43,45 və 50ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonunun Qarağac kəndində yaşayan Borclu məxsus olan «VAZ-21013» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. «VAZ-21013» minik markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılaraq Dövlət Yol polisinin xüsusi mühafizə olunan dayanacağına (xüsusi saxlanc yerlərinə) yerləşdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-181/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-181/2023
01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver