Məhkəmə qərarları › İş №8(056)-183/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-183/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-183/2025 05.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Sabirabad rayonunun Bulduq kəndində yaşayan Borclu məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Bulduq kəndində yaşayan Borclu Sabirabad rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-730/2014 saylı icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 100 manat sabit pul məbləğində alimentin tutularq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı göndərilmiş bildirişləri almasına baxmayaraq, nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş, nə də ki icra məmurunun çağırışlarına gəlmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materilallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra sənədi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq, Borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Zeynalov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonunun Bulduq kəndində yaşayan Zeynalov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar