Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-184/2024 10.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X13 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimovun xx.xx.1984-cü il təvəllüdlü, Sabirabad rayonu Yaxa Dəllək kəndində qeydiyyatda olan X4 «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək Sabirabad rayonu Yaxa Dəllək kəndində qeydiyyatda olan X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-1433/2020 saylı icra sənədinə əsasən xx.xx.1984-cü ildə Sabirabad rayonu Yaxa Dəllək kəndində anadan olmuş və həmin ünvanda yaşayan X3 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində tutularaq Tələbkar verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2020-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X9 təqdimatda göstərilənləri təkrar edərək təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-1433/2020 saylı icra sənədindən görünür ki, xx.xx.1984-cü ildə anadan olmuş, Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydiyyatda olan və yaşayan X3 xx.xx.2006cı il təvəllüdlü X2 və xx.xx.2011-cı il təvəllüdlü X1 üçün xx.xx.2020-ci il tarixdə başlayaraq hər ay hər bir uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, borclu X6 rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimatın təmin edilməsi barədə icra məmurunun izahatını dinləyib, icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq borclu X8 hal-hazıradək məhkəmənin icra sənədini tam icra etməmiş və onun ölkə ərazisini tərk etmə ehtimalı vardır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdr. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü Sabirabad rayonu Yaxa Dəllək kəndində qeydiyyatda olan X4 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra, qərardaddan tərəflər 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verə bilərlər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-184/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-184/2024
10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver