Məhkəmə qərarları › İş №8(056)-186/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-186/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-186/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Mətin Azər oğlu Quliyevin katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin «İcraata xitam verilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixli e-2(056)-618/2024-012 saylı icra sənədi iş üzrə iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə şikayətinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-618/2024-012 saylı icra sənədinə xitam verilmişdir. İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi və vəkili Yusifli X1 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və məcburi icra tədbirlərinin həyata davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-618/2024 saylı qərardadı ilə iddiaçı X6 ilə Cavabdeh arasında iddiaçı X3 Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə tərəflər arasında imzalanmış Barışıq Sazişi məhkəmə qaydasında təsdiq edilmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)- 618/2024 saylı qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişi Cavabdeh tərəfindən könüllü qaydada icra olunmadığından iddiaçı X6 tərəfindən xx.xx.2024-cü il tarixində Sabirabad rayon Məhkəməsinə ərizə ilə müraciət edilərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-618/2024 saylı qərardadı ilə təsdiq edilmiş Barışıq Sazişinin könüllü icra edilməməsi səbəbindən məcburi icra edilməsi üçün icra vərəqəsinin verilməsi xahiş edilmişdir. Sabirabad rayon Məhkəməsi tərəfindən 20 avqust 2024-cü il tarixində Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-618/2024 saylı qərardadı üzrə icra vərəqəsi verilmiş və icra olunması üçün aidiyyəti üzrə Sabirabad rayon Məhkəməsinə göndərilmişdir. Elektron məhkəmə kabinetindən əldə edilmiş məlumatlar əsasında bəlli olmuşdur ki, hazırki iş üzrə icra vərəqəsinin icrası Sabirbad rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 həvalə edilmiş və icra işinin nömrəsi e25327/2024-19-9-dur. xx.xx.2024-cü il tarixində icra işinin cari vəziyyəti ilə bağlı icra məmurunun köməkçisindən telefonla məlumat alandan sonra bəlli olmuşdur ki, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov tərəfindən xx.xx.2024-cü il tarixində icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla tanış olan zaman müəyyən edilmişdir ki, icraata xitam verilən zaman icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2 və 20.2-ci maddələrinə istinad edilmişdir. Hazırki mərhələdə icra məmurunun hansı səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə istinad etməsi qeyrimüəyyəndir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2011-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” Qərardadında göstərilmişdir ki: “İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır” Digər tərəfdən icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə istinad edərək icraata xitam verilməsi qeyrimüəyyəndir. Belə ki, həmin maddədə nəzərdə tutulan hal artıq icra vərəqəsi verilmiş, icra tədbirləri başlanılmış işlər üzrə tələbkar və borclu arasındakı münasibətləri tənzimləyir. Mülki işlər üzrə tərəflər iddiaçı və cavabdeh adlandırıldığı halda, icra mərhələsində tərəflər tələbkar və borclu olaraq çıxış edirlər. Eyni zamanda icra qurumunun bu maddəyə istinad etməsi üçün artıq icra tədbirləri başlanılmış iş üzrə tərəflər icra mərhələsində razılıq əldə etməli və bundan sonra bu razılığın təsdiqi üçün məhkəməyə müraciət edərək aralarındaki barışıq sazişinin imzalandığını və məcburi icra tədbirlərinin davam etdirilməməli olduğunu bildirməlidirlər. Hazırki işdə bu hal müəyyən edilmir, əksinə iddiaçı X6 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin cavabdeh tərəfindən könüllü icra edilməməsinə istinad edir və həmin Sazişin məcburi qaydada icra olunması üçün icra vərəqəsinin verilməsini xahiş edir. Şikayətin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli «İcraata xitam verilməsi haqqında» qərarı ləğv olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi hesab olunur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının xx.xx.2011-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin müddəaları baxımından barışıq sazişi üzrə icra vərəqəsinin verilib-verilməməsi mümkünlüyünün şərh edilməsinə dair” Qərardadında göstərilmişdir ki: “İcra haqqında» Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısı verilmişdir. Həmin Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələri tərəfindən çıxarılmış qərarlar icra sənədi sayılır. MPM-in 15.1-ci və Qanunun 6.1.1-ci maddələrinin müqayisəli təhlilindən görünür ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. «İcra haqqında» Qanunun icra sənədi kimi qəbul etdiyi Azərbaycan Respublikası məhkəmələrinin qərarları özündə həm məhkəmə qətnaməsini, həm də qərardadı ehtiva edir. Buna görə də barışıq sazişi bağlanmaqla icraatına xitam verilmiş işlər üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərardadları digər məhkəmə aktları ilə eyni hüquqi qüvvəyə malik olmaqla MPM-in 15.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının bütün ərazisində məcburi icra olunmalıdır”. Digər tərəfdən icra məmurunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə istinad edərək icraata xitam verilməsi qeyri-müəyyəndir. Belə ki, həmin maddədə nəzərdə tutulan hal artıq icra vərəqəsi verilmiş, icra tədbirləri başlanılmış işlər üzrə tələbkar və borclu arasındakı münasibətləri tənzimləyir. Mülki işlər üzrə tərəflər iddiaçı və cavabdeh adlandırıldığı halda, icra mərhələsində tərəflər tələbkar və borclu olaraq çıxış edirlər. Eyni zamanda icra qurumunun bu maddəyə istinad etməsi üçün artıq icra tədbirləri başlanılmış iş üzrə tərəflər icra mərhələsində razılıq əldə etməli və bundan sonra bu razılığın təsdiqi üçün məhkəməyə müraciət edərək aralarındaki barışıq sazişinin imzalandığını və məcburi icra tədbirlərinin davam etdirilməməli olduğunu bildirməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2024-cü il tarixli «İcraata xitam verilməsi haqqında» Qərarı qəbul edərkən icra haqqında qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir. Ona görə də mübahisələndirilən qərar ləğv edilməli və icra sənədi icraata qəbul edilərək icra hərəkətləri davam etdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “xx.xx.2024-cü il tarixli e-2(056)-618/2024- 012 saylı icra sənədinin qaytarılması barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-618/2024-012 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar