Məhkəmə qərarları › İş №8(056)-190/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-190/2023

01.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-190/2023 01.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 Sabirabad rayonu, Moranlı kəndinə yaşayan X4 məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayon Moranlı kəndində qeydiyyatda olan və yaşayan Borclu və Tələbkar (himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə) Sabirabad rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sabirabad rayon Məhkəməsinin 16(056)-38/2023 nömrəli, xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən X1 onun cavabdeh Borclu və Tələbkar qarşı olan “uşaq" tələbinə dair iddiası üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini minənədək xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə hər həftənin şənbə, bazar və bayram günlərində onun yanında qalmaqla yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küç, ev 12A-da ünsiyyət hüququ müəyyən olumalı və bu ünsiyyət hüququnun təmin edilməsi ilə bağlı hər hansı maneçilik törədən bütün hallar cavabdeh Borclu və Tələbkar qadağan edilməlidir. xx.xx.2019-cu il təvəllüdlü X6 hal hazırda atasının himayəsindədir. İcra sənədi xx.xx.2023-cu il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə borclular Borclu və Tələbkar bildiriş göndərilmişdir. Borclular Borclu və Tələbkar tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq, nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş, nə də ki icra məmurunun çağırışlarına gəlmişdir. Borclular Borclu və Tələbkar xx.xx.2023-ci il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş, lakin borclu həmin qərara da məhəl qoymayaraq İcra Şöbəsinə gəlməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X8 barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materilallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra sənədi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq Borclu və Tələbkar (himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə) icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu və Tələbkar (himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə) Sabirabad rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonu, Moranlı kəndinə qeydiyyatda olan Borclu və Tələbkar (himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə) Sabirabad rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsinlər. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar