Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-190/2024 11.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2005/2015 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə Tələbkar ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2005/2015 saylı qətnaməsinin nəticə hissəsində cavabdehdən 17865,85 manat əsas, 1787,30 manat faiz, 621,05 manat cərimə, 630 manat dəbbə pulunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Lakin məhkəmə cavabdehdən ümumilikdə 20904,20 manat borcun tutulması yerinə texniki səhv olaraq 17904,20 manat borcun tutulmasını qət etmişdir. Odur ki, həmin yanlışlığın düzəldilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab edilən səhvlərini düzəldə bilər. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2005/2015 saylı qətnaməsinin nəticə hissəsindəki cəmi borc məbləği üzrə yanlışlıq aradan qaldırılmalı, qətnamənin nəticə hissəsində cəmi borc 20904,20 manat kimi oxunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2005/2015 saylı qətnaməsinin nəticə hissəsində cəmi borc 20904,20 manat kimi oxunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-190/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-190/2024
11.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver