Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-196/2023 15.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021saylı qərardadı ilə Borclu məxsus «QAZ-3302» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı özgəninkiləşdirilməsinə olan qadağanın götürülməsinə dair ərizəsi əsasında təqdimata baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aydın İsmayılov təqdimatla Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə Borclu məxsus «QAZ-3302» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)1032/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu ümumilikdə 2930 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Sığrta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə onun mülkiyyətində olan «QAZ-3302» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda tələbkarın ərizəsi əsasında Borclu barəsində məcburi icra tədbirlərinə ehtiyac qalmadığından, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «QAZ-3302» markalı **-RG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs, tələbkar və borclular məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və tələbkarın ərizəsi əsasında Borclu barəsində məcburi icra tədbirlərinə ehtiyac qalmadığından, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «QAZ-3302» markalı **-RG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər Həmin Qanunun 23.1-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Sabirabad Rayon Məhkəməsinin 2(056)1032/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Borclu ümumilikdə 2930 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" Sığrta Şirkəti ASC-yə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə onun mülkiyyətində olan «QAZ-3302» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materialına əlavə edilmiş tələbkarın ərizəsindən görünür ki, Borclu barəsində olan məcburi icra tədbirlərinə zərurət qalmadığı, iş üzrə icra sənədənin icra edilmədən geri qaytarılması xahiş olunur.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Borclu barəsində məcburi icra tədbirlərinə ehtiyac qalmadığından, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(056)154/2021 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «QAZ-3302» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN:FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-196/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-196/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver