Məhkəmə qərarları › İş №8(056)-204/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-204/2024

25.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-204/2024 25.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlsahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 ştirakı ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin, Sabirabad şəhəri İ.Qayıbov 37, mənzil 42-də yaşayan, borclu X3 məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad şəhəri İ.Qayıbov 37, mənzil 42-də yaşayan, borclu X3 məxsus, onun adına qeydiyyatda olan “Ford Transit yük” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-425/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 1518,54 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar BOKT "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə işin icraatına başlanılması barədə qərar qəbul edilmiş və qərarların surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu X3 göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elekton İcra Xidməti” portalının “avtomobil nəqliyyat məlumatları” bölməsinin məlumatına əsasən X2 adına “Ford Transit yük” markalı 54-BL- 445 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. Odur ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə borclu X3 məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Təqdimat vermiş şəxs X6 məhkəmə iclasında vermiş olduğu izahatında təqdimatda göstərilənləri təkrar edərək, təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş: Sabirabad rayon Məhkəməsinin 2(056)-425/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 1518,54 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar BOKT "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə işin icraatına başlanılması barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və qərarların surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu X3 göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elektron İcra Xidməti” portalından çıxarışına əsasən X2 adına “Ford Transit yük” markalı 54-BL- 445 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. Məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq borclu X5 hal-hazıradək məhkəmənin icra sənədini könüllü olaraq icra etməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat qismən təmin edilməli, borclu X3 məxsus olan “Ford Transit yük” markalı **-BL-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 43,45 və 50-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263- 252, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Sabirabad şəhəri İ.Qayıbov 37, mənzil 42-də yaşayan, borclu X3 məxsus, onun adına qeydiyyatda olan “Ford Transit yük” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM:FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar