Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-206/2023 15.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsinə olan qadağanın götürülməsinə dair ərizəsi əsasında təqdimata baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri, Sabunçu rayonu N.İmsayılov prospekti 341 ünvanında qeydiyyatda olan X4 ərizə ilə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsinə olan qadağanın götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)553/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Mustafayev Yaşar Ağavəkil oğlundan 87500(səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Qətnamədən gələcəkdə təmin edilməsi üçün tərəfimdən iddianın təmini tədbiri olaraq ərizə verilmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğlunun mülkiyyətində olan **-BK-*** dövlət qeydiyyat nişanlı “Renault Megan” markalı minik avtomobilin və Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)553/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilə dair hərrac keçirilmiş və hazırda özgəninkiləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs, tələbkar və borclular məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzil üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Sabirabad Rayon Məhkəməsinin 2(056)553/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Mustafayev Yaşar Ağavəkil oğlundan 87500(səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb iddiaçı X2 verilməsi qət edilmişdir. Qətnamədən gələcəkdə təmin edilməsi üçün tərəfimdən iddianın təmini tədbiri olaraq ərizə verilmiş və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğlunun mülkiyyətində olan **-BK-*** dövlət qeydiyyat nişanlı “Renault Megan” markalı minik avtomobilin və Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)553/2020 saylı 30 iyun 2020-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilə dair hərrac keçirilmiş və hazırda özgəninkiləşdirilməsi zərurəti yaranmışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsinə olan qadağa götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)553/2020 saylı qərardadı ilə Mustafayev Yaşar Ağavəkil oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu X5 küçəsi ,94 saylı evin 25 saylı mənzilin özgəninkiləşdirilməsinə olan qadağa götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-206/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-206/2023
15.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver