Məhkəmə qərarları › İş №8(056)-213/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-213/2024

01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-213/2024 01.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad branch Məhkəməsinin hakimi X1, Ərizəçi Borclu Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)- 703/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyənetdim: Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)-703/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, Azərbaycan Respublikasının MPM-nin 231.1-cü maddəsinin tələblərinə riayət edilmədiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi müvafiq qətnamənin icrasına möhlət verilməsi ilə bağlı Sabirabad Rayon Məhkəməsinə deyil Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Ərizənin geri qaytarılması ilə bağlı əsaslar olduqda məhkəmə bununla bağlı qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu tərəfindən verilmiş Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(121)-703/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, o, qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə qətnamənin çıxarıldığı məhkəməyə -yəni Şirvan Kommersiya Məhkəməsinə müraciət etməlidir. Yuxarda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 24 və 231-ci maddəsini rəhbər tutaraq, Qəraraaldım Borclu tərəfindən Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(121)-703/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə ilə qətnamənin çıxarıldığı məhkəməyə -yəni Şirvan Kommersiya Məhkəməsinə müraciət etməli olduğu hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad branch məhkəməsinə şikayət verilə bilər. Hakim:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar