Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-214/2025 04.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadı ilə Borclu1 məxsus «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadı ilə «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1460/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclular Borclu2 Alməmməd qızı və Borclu1 ümumilikdə 1193,86 ABŞ dollar və 30 manat dövlət rüsumu tələbkar BOKT "xxxx" MMC-yə verilməlidir. Borclular icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadı ilə Borclu1 mülkiyyətində olan «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadə olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar BOKT "xxxx" MMC xx.xx.2025-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə icra sənədi “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Ona görə də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadına əsasən Borclu1 mülkiyyətində olan «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, göründüyü kimi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu1 mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Çünki tələbkar özü icra və probasiya şöbəsinə müraciət edərək, icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Beləliklə borclunun mülkiyyətində olan avtomobilin üzərində həbsin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadı ilə Borclu1 mülkiyyətində olan «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ***- **** və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-206/2024 saylı qərardadı ilə Borclu1 mülkiyyətində olan «QAZ 3110» markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-214/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-214/2025
04.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver