Məhkəmə qərarları › İş №8(056)-220/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-220/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-220/2023 22.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlsahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 ştirakı ilə, ünvan 1i ünvanında yaşayan, Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonu Yaxa-Beşdəli kəndi ünvanında yaşayan, Borclu məxsus, onun adına qeydiyyatda olan «VAZ 21074” markalı **-OS-*** dövlət nömrə nişanlı minik avtomaşının üzərinə həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-441/2023 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Borclu cəmi 162,25 manat pul tələbkar MKT İK MMC-nin xeyrinə verilməlidir. İcra sənədi üzrə işin icraatına başlanılması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və qərarların surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu X1 göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elekton İcra Xidməti” portalının “avtomobil nəqliyyat məlumatları” bölməsinin məlumatına əsasən Borclu adına «VAZ 21074” markalı ** OS *** dövlət nömrə nişanlı minik avtomaşını qeydə alınmışdır. Hesab edirik ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Təqdimat vermiş şəxs X3 məhkəmə iclasında vermiş olduğu izahatında təqdimatda göstərilənləri təkrar edərək, təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş: Sabirabad rayon Məhkəməsinin 2(056)-441/2023 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Borclu cəmi 162,25 manat pul tələbkar MKT İK MMC-nin xeyrinə verilməlidir. İcra sənədi üzrə işin icraatına başlanılması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmiş və qərarların surəti könüllü icra müddəti ərzində icra olunması üçün borclu X1 göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elektron İcra Xidməti” portalından çıxarışına əsasən Borclu adına «VAZ 21074” markalı **-OS-*** dövlət nömrə nişanlı minik avtomaşını qeydə alınmışdır. Məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Borclu hal-hazıradək məhkəmənin icra sənədini könüllü olaraq icra etməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus olan «VAZ 21074” markalı **-OS-*** dövlət nömrə nişanlı minik avtomaşını dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 43,45 və 50-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonu Yaxa-Beşdəli kəndi ünvanında yaşayan Borclu məxsus olan «VAZ 21074” markalı **-OS-*** dövlət nömrə nişanlı minik avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN:FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar