Məhkəmə qərarları › İş №8(056)-225/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-225/2023

02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-225/2023 02.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X11 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarından xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra sənədi iş üzrə tələbkar X2 ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra sənədi Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarından icra sənədi iş üzrə tələbkar X6 şikayət verərək qərarın ləğv olunmasını və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədini yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-75/2022 saylı qətnaməsi ilə iddiaçı olaraq onun cavabdeh X7 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilərək nikah pozulmuş, cavabdeh X4 xx.xx.2015-ci ildə anadan olmuş X8, xx.xx.2016-cı ildə anadan olmuş X9, xx.xx.2017-ci ildə anadan olmuş X5 xeyrinə hər ay hər bir uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alandan sonra müvafiq icra vərəqəsi verilmiş və qətnamənin icrası Sabirabad rayon probasiya və icra şöbəsinə həvalə edilmişdir. Bundan sonra cavabdehlə qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə onun ərizəsi əsasında icra vərəqəsi geri qaytarılıb. Lakin bir müddət keçəndən sonra başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. Hazırda uşaqlar onun himayəsindədir. Ərizənin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalıdır. Belə ki, “İcra məmurları haqqında” Qanunun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüququnda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2016-cı təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüldlü X10 anaları X1 yanında qalmaları və uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X4 hər ay, hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment hər ay alınıb iddiaçı X3 verilməsi tələb olunur. Qeyd olunan icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, tərəflərindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 gün müddətində vaxt verilməklə borcluya, tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Tələbkarın ərizəsi əsasında icra sənədi icra olunmadan Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə hesab edir ki, icra sənədi üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” Qərar ləğv edilməli və yenidən icra sənədi yenidən icraya yönəlməlidir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, icra xidmətinin icra məmuru icra ilə əlaqədar icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək vəzifəsi vardır. Həmin Qanunun 8-ci maddəsinə əsasən, icra xidməti icra məmurunun icra ilə əlaqədar öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlara icra ilə əlaqədar məlumat, arayış və izahat almaq, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək, tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək, borclunun əmlakının müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək hüquqları vardır. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalı, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcra sənədinin qaytarılması barədə” qərarı ləğv olunmalı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra sənədinin qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-75/2022 saylı icra vərəqəsi icra edilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar